"Hələ mübarizədə olduğumuzu düşünürəm" -
Miika Nuutinen
“Bu nəticədən sonra da hələ mübarizədə olduğumuzu düşünürəm”.
Metbuat.az-ın məlumatına görə, bunu “KuPS” komandasının baş məşqçisi Miika Nuutinen UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində “Sabah”a qarşı keçirilən ilk oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, komandası cavab görüşündə bütün imkanlarından maksimum istifadə etməyə çalışacaq:
“Bu nəticədən sonra da hələ mübarizədə olduğumuzu düşünürəm. Şansımız var və cavab oyununda mərhələ adlamaq üçün hələ gec deyil. Hesab edirəm ki, komandamızda bizə lazım olan nəticəni əldə etməyə kömək edəcək futbolçular var.”
Qeyd edək ki, UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyununda “Sabah” doğma meydanda “KuPS”u 1:0 hesabı ilə məğlub edib.
Sevinc İbrahimzadə