Ölkə

Hasil Abbasov şöbə müdirini vəzifəsindən azad etdi

Metbuat.az

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) bir şöbənin müdiri işdən çıxıb.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, bununla bağlı DMA-nın İdarə Heyətinin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, İnsan resursları departamentinin Daxili dəyərlər şöbəsinin müdiri İsmayılov Fuad Pənah oğlu vəzifəsindən azad edilib.