Maraqlı

Günəş-Yupiter qovuşması:

Hansı bürclərin üzü güləcək?

Metbuat.az

İyulun 29-da Günəşin Şir bürcündə Yupiterlə qovuşması astroloqların fikrincə, bəzi bürclər üçün mühüm dəyişikliklər və yeni imkanlar vəd edir.

Metbuat.az xəbər verir ki, astroloqlar bildirirlər ki, bu təsir iyulun 29-dan başlayaraq təxminən avqustun 4-dək davam edəcək. Xüsusilə dörd bürcün nümayəndələrinin bu dövrdə daha çox dəyişiklik hiss edəcəyi proqnozlaşdırılır.

Şir

Şirlər üçün bu dövr həm şəxsi, həm də peşəkar həyatda diqqət mərkəzinə çıxmaq imkanı yarada bilər. Yeni layihələrə başlamaq, ideyaları təqdim etmək və karyera yüksəlişi üçün əlverişli vaxt hesab olunur. Şəxsi münasibətlərdə də yeni tanışlıqlar və müsbət inkişaflar gözlənilir.

Oxatan

Oxatanlar üçün əsas mövzu yeni biliklər, təhsil və səyahətlərlə bağlı olacaq. Gələcəklə bağlı qərar verməkdə çətinlik çəkənlər üçün vəziyyətin daha da aydınlaşacağı bildirilir. Şəxsi brendin inkişafı və yaradıcı layihələrin reallaşdırılması üçün də münasib dövr sayılır.

Balıqlar

Balıqlar bu müddətdə daxili harmoniya və sabitlik hissini daha güclü yaşaya bilərlər. İş və şəxsi həyat arasında balans yaratmaq, yarımçıq qalan layihələri tamamlamaq və peşəkar sahədə yeni imkanlar əldə etmək ehtimalı artır.

Əqrəb

Əqrəblər üçün əsas dəyişikliklərin karyera sahəsində baş verəcəyi qeyd olunur. Yeni vəzifə təklifləri, məsuliyyətlərin artması və rəhbərlik tərəfindən diqqət çəkmək ehtimalı yüksək qiymətləndirilir. Şəxsi münasibətlərdə isə etimadın möhkəmlənməsi və gələcəklə bağlı ortaq planların qurulması üçün əlverişli dövr ola bilər.