Göyçayın mərkəzində fəvvarələr niyə işləmir? -
RƏSMİ CAVAB
Göyçay şəhərində yerləşən və mərkəzi istirahət məkanlarından biri hesab olunan parkda fəvvarələr uzun müddətdir işləmir.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumatına görə, xüsusilə yay aylarında havaların isti keçdiyi günlərdə park sakinlərin ən çox üz tutduğu məkanlardan biri olsa da, fəvvarələrin fəaliyyət göstərməməsi qonaqların narazılığına səbəb olur.
Sakinlər bildirirlər ki, fəvvarələrin işlək vəziyyətə gətirilməsi həm parkın estetik görünüşünə müsbət təsir edər, həm də istirahət üçün gələn vətəndaşlar üçün daha rahat şərait yaradar.
Məsələ ilə bağlı Metbuat.az-ın sorğusuna cavab olaraq Göyçay Rayon İcra Hakimiyyətindən bildirilib ki, sözügedən fəvvarələrin təmiri üçün hazırlıqlar aparılır. Yaxın zamanlarda fəvvarələr təmir olunaraq insanların istifadəsinə veriləcək.