Hadisə
Göyçayda yaşıllıq məhv edildi -
1 nəfər saxlanıldı
Göyçayda ağacların dibinə kimyəvi məhlul tökülməsi ilə bağlı polis və 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi əməkdaşları tərəfindən araşdırmalara başlanılıb, əraziyə baxış keçirilib.
Bu barədə Metbuat.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, əməli törətməkdə şübhəli bilinən bir nəfər müəyyən olunaraq saxlanılıb. Hazırda dəymiş maddi ziyanın məbləğinin müəyyənləşdirilməsi məqsədilə müvafiq sorğu göndərilib.
Faktla bağlı araşdırmalar davam etdirilir.