Hadisə

Göyçayda maşın traktorla toqquşdu -

VİDEO

Metbuat.az

Göyçayda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə Göyçay-Ucar yolunun Çərəkə kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Daewoo"markalı minik maşını digər hərəkətdə olan traktorla toqquşub. DİN-dən verilən məlumata görə, nəticədə traktorun qoşqusu aşıb və qoşqunun içərisində olan Göyçay rayon Çərəkə kənd sakini, 37 yaşlı Əli Rəhimov xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Davud Tarverdiyev / Metbuat.az