Hadisə

Göyçayda 36 yaşlı kişi bıçaqlandı

Metbuat.az

İyulun 15-də axşam saatlarında Göyçay şəhəri ərazisində bıçaqlanma olub.

Metbuat.az unikal.az-a istinadən xəbər verir ki, 46 yaşlı rayon sakini Fariz Səlimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 36 yaşlı Mikayıl Əliyevə kəsici alətlə xəsarət yetirib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan saytımıza bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Araşdırma aparılır.