Hadisə
Goranboyda yaşlı qadın göldə boğuldu
Goranboyda qadın göldə batıb.
Metbuat.az qafqazinfo.az-a istinadən xəbər verir ki, hadisə Səfikürd kəndi ərazisində qeydə alınıb.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub. 53 yaşlı qadının meyiti göldən çıxarılıb.
Faktla bağlı Goranboy Rayon Prokurorluğunda araşdırma başlanılıb.