Hadisə
Gəncədə baş verən yanğın söndürüldü -
FOTO
Xəbər verdiyimiz kimi, Gəncədə fərdi evdə yanğın olub.
Metbuat.az-ın bölgə müxbirinin verdiyi məlumata görə, hadisə şəhərin Həmid Sultanov 26 ünvanında baş verib. İlkin məlumata görə, ümumi sahəsi 120 kvm olan evin dam örütüyü yanıb. Hadisə yerinə Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğın söndürən avtomobili və canlı qüvvəsi cəlb olunub. Görülən tərdbirlər nəticəsində alovun digər tikililərə keçməsinin qarşısı alınıb və alov söndürülüb. Xəsarət alan və ya tüstüdəm zəhərlənmə faktı yoxdur.
Yanğının hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma başlanılıb.