Siyasət

Çolpon-Atada Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirildi -

YENİLƏNİB

Metbuat.az

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilib.

Metbuat.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəlib.

Qırğızıstan Prezidenti Sadır Japarov dövlət başçısını və görüşdə iştirak edən digər prezidentləri qarşılayıb.

Azərbaycanın, Qırğızıstanın, Özbəkistanın, Qazaxıstanın, Tacikistanın və Türkmənistanın dövlət başçıları birgə foto çəkdiriblər.

Dövlət başçısı İlham Əliyev görüşdə çıxış edib.

Sonra digər prezidentlər çıxış ediblər.

Görüşün sonunda Çolpon-Ata Bəyannaməsi imzalanıb.

12:03

Qırğızıstanın Çolpon-Ata şəhərində Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşü keçirilir.

Metbuat.az xəbər verir ki, Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Dövlət Başçılarının qeyri-rəsmi görüşündə iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çolpon-Ata şəhərindəki Konqres Mərkəzinə gəldi.