Dünya
Çində dənizin 80 metr altında nəhəng tunel tikildi
Çində dənizin təxminən 80 metr altında inşa edilən və dünyanın ən enli sualtı avtomobil tunellərindən biri hesab olunan layihədə işlər yekun mərhələyə çatıb.
Metbuat.az xəbər verir ki, tunel yüksək su təzyiqi, geoloji qırılma zonaları, zəlzələ və güclü tufan risklərinə davam gətirməsi üçün müasir seysmik izolyasiya və real vaxt monitorinq texnologiyaları ilə inşa olunur.
Bildirilir ki, 17,48 kilometr uzunluğa malik tunel istifadəyə verildikdən sonra iki sahil arasında avtomobillə gediş-gəlişi əhəmiyyətli dərəcədə sürətləndirəcək və yol müddətini təxminən 2 saatdan 20 dəqiqəyə endirəcək. Layihənin regionda nəqliyyat əlaqələrini gücləndirməsi və iqtisadi inkişafı sürətləndirməsi gözlənilir.