Elm və Təhsil
Cəmilə İsmayılzadəyə vəzifə verildi
Qarabağ Universitetində yeni təyinat olub.
Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, Cəmilə Rəsul qızı İsmayılzadə Qarabağ Universitetinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyin olunub.
Belə ki, bu barədə Universitetin rektoru Şahin Bayramov müvafiq əmr imzalayıb.
C.İsmayılzadə bundan əvvəl Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, UFAZ layihəsində, Azərbaycan İdman Akademiyasında rəhbər vəzifələrdə çalışıb. O bu təyinata qədər Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının təşkilati komandasında şöbə müdiri vəzifəsində işləyib.