Hadisə

Cəlilabadda 21 yaşlı gənc suvarma hovuzunda boğuldu

Metbuat.az

Cəlilabad rayonunda bədbəxt hadisə baş verib.

Metbuat.az Report-a istinadən xəbər verir ki, hadisə Cəlilabad şəhəri ərazisində yerləşən meyvə bağında qeydə alınıb.

Rayon sakini, 2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu çimmək üçün daxil olduğu suvarma hovuzunda boğulub.

Onun meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.