Hadisə

Çayda batma təhlükəsi olan şəxs xilas edildi -

VİDEO

Metbuat.az

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Araz çayının İmişli rayonu, Qaralar kəndindən keçən hissəsində bir nəfərin çayda batma təhlükəsində olması barədə məlumat daxil olub.

Metbuat.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri əraziyə cəlb olunub.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri sayəsində çayda köməksiz vəziyyətdə qalan vətəndaş – 2003-cü il təvəllüdlü İsmayıllı Ramin İmanqulu oğlu xilas edilib.