Ölkə

Bu rayonda 38 dərəcə isti var

Metbuat.az

Ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin gecə saatlarında bəzi dağlıq və dağətəyi rayonlarda arabir şimşək çaxıb, qısamüddətli az yağış yağıb.

Metbuat.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, düşən yağıntının miqdarı: Balakən, Qrız, Qusar (Laza), Daşkəsən, Kəlbəcər, Laçın, Qubadlıda 1 mm-dir.

Şahdağ, Şahbuz, Qusar, Daşkəsəndə duman müşahidə olunub. Görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Hazırda Bakıda və Abşeron yarımadasında şimal qərb küləyinin maksimal sürəti 17 m/s-yə çatır.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 33, Naxçıvan MR-da 37, Aran rayonlarında 38, dağlıq rayonlarda 27 dərəcəyədək isti müşahidə olunub.