Dünya

Bu ölkədə eboladan ölənlərin sayı artdı

Metbuat.az

Konqo Demokratik Respublikasında (KDR) ebola qızdırmasından ölənlərin sayı 492-yə yüksəlib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Rabitə və KİV İşləri üzrə Nazirliyinin gündəlik bülletenində məlumat verilib.

Rəsmi hesabatda son sutka ərzində virus səbəbindən daha 19 nəfərin həyatını itirdiyi qeyd olunub.