Ölkə

Bu marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir

Metbuat.az

Bakıda 172 nömrəli marşrutun hərəkət istiqaməti müvəqqəti dəyişdirilir.

Metbuat.az xəbər verir ki, bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Məlumata əsasən, iyulun 14-16-da Bilgəh qəsəbəsinin Respublika küçəsində aidiyyəti qurum tərəfindən aparılan təmir-bərpa işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyət səbəbindən 172 nömrəli marşrutun hərəkəti müvəqqəti olaraq Azərbaycan Qadını küçəsi (Bilgəh qəsəbəsi) - Bilgəh-Pirşağı yolu (İstiqlaliyyət küçəsi) istiqaməti üzrə təşkil ediləcək.