Bu əraziyə bir damla belə yağış yağmayıb
Çilidə yerləşən Atakama səhrası dünyanın ən quraq yeridir.
Metbuat.az xəbər verir ki, burada elə bölgələr var ki, orada bir damla da olsun yağış yağmayıb. Məlumata görə, səhranın bəzi yerlərində rütubət o qədər aşağıdır ki, dağların zirvələrində belə buzlaqlar formalaşa bilmir. Bildirilir ki, NASA Mars missiyalarında istifadə edəcəyi cihazları test etmək üçün Atakama səhrasından istifadə edir, çünki buranın torpaq quruluşu Qırmızı Planetə maksimum dərəcədə bənzəyir.
Bu ifrat quraqlıq səbəbindən səhrada çürümə prosesi demək olar ki, baş vermir və min illər əvvəl ölmüş canlıların cəsədləri təbii şəkildə mumiyalaşaraq günümüzə qədər qorunub saxlanılır. Həmçinin rütubətin sıfıra yaxın olması buranı dünyanın ən böyük rəsədxanalar mərkəzinə çevirib. Məlumata görə, kosmosun ən aydın görüntüləri məhz buradakı nəhəng teleskoplarla əldə edilir.