Bu bürcləri pul və karyera uğuru gözləyir
İyulun ortalarında bəzi bürclər üçün maliyyə və karyera sahəsində diqqətçəkən dəyişikliklər proqnozlaşdırılır.
Metbuat.az həmin bürcləri təqdim edir:
Şir
Astroloqların fikrincə, Yupiterin təsiri Şir bürclərinə özünəinam və liderlik enerjisi qazandırır. Bu həftə iş yerində vəzifə artımı, maaş yüksəlişi və ya gəlirli layihə təklifi almaq ehtimalı yüksək qiymətləndirilir. Şir bürclərinə ideyalarını cəsarətlə rəhbərliyə təqdim etmələri tövsiyə olunur.
Buğa
Uranın təsiri Buğa bürclərinin maliyyə sahəsində yeni imkanlar əldə edə biləcəyinə işarə edir. Köhnə sərmayənin dəyər qazanması və ya əlavə qazanc mənbəyinin yaranması ehtimalı ön plana çıxır. Astroloqlar Buğa bürclərinə qeyri-adi gəlir imkanlarını dəyərləndirməyi məsləhət görürlər.
Qoç
İyulun ortasındakı Yeni Ay Qoç bürclərini köhnə vərdişlərdən uzaqlaşmağa sövq edir. Bu dövrdə yeni biznesə başlamaq, satış və ya layihələrə sərmayə qoymaq uğurlu nəticələr verə bilər. Astroloqlar Qoç bürclərinə yeni fürsətlərə açıq olmağı tövsiyə edirlər.