Dünya
Bu bina üçün 250-dən çox betonqarışdıranla bünövrə töküldü
ABŞ-nin Çikaqo şəhərində tikilən 72 mərtəbəli “400 Lake Shore Drive” layihəsi üçün böyük mühəndislik əməliyyatı həyata keçirilib.
Metbuat.az xəbər verir ki, Miçiqan gölünün sahilində inşa edilən 261 metr hündürlüyündəki göydələnin bünövrəsinə 12 saat ərzində fasiləsiz beton tökülüb. Məlumata görə, iş prosesində 250-dən çox betonqarışdıran maşın iştirak edib. Təxminən iki dəqiqəlik fasilələrlə tikinti sahəsinə daxil olan maşınlar ümumilikdə 1800 kubmetr beton daşıyıb. Bildirilir ki, bünövrənin möhkəmləndirilməsi üçün 282 ton polad armaturdan istifadə olunub.
Qeyd edək ki, 635 mənzildən ibarət olacaq lüks qüllənin 2027-ci ildə istifadəyə verilməsi planlaşdırılır. Layihədə sosial mənzillərin də yer alacağı bildirilir.