İqtisadiyyat

Bu banklar üzrə kompensasiyaların 98%-i ödənilib

Metbuat.az

Ləğv prosesində olan "Muğanbank" və "Günaybank" üzrə kompensasiyaların təxminən 98%-i artıq ödənilib.

Metbuat.az xəbər verir ki, bunu Əmanətlərin Sığortalanması Fondunun Hüquq departamentinin direktoru Azər Əmirov Milli Mətbuat Günü ilə bağlı keçirilən Dialoq və Əməkdaşlıq Forumunda deyib.

Onun sözlərinə görə, kompensasiyalar agent banklar vasitəsilə ödənilir. İndiyədək agent banklar üzərindən əmanətçilərə 200 milyon manata yaxın kompensasiya verilib.

A. Əmirov bildirib ki, "Günaybank" üzrə ödənişlər "Kapital Bank", "Muğanbank" üzrə isə müraciətlərin çoxluğu nəzərə alınaraq iki agent bank vasitəsilə həyata keçirilib.