Maraqlı

Bu 4 bürc üçün şanslı dövr başlayır

Metbuat.az

Astroloji proqnozlara görə, qarşıdakı dövr bəzi bürclər üçün mühüm qərarlar, daxili güc və yeni imkanlarla yadda qala bilər.

Metbuat.az xəbər verir ki, bu dəfə Buğa, Tərəzi, Oxatan və Balıqları fərqli hadisələr gözləyir.

Buğalar üçün enerji toplamaq və öz sərhədlərini müəyyənləşdirmək dövrü başlayır. Onları yorub tükədən insanlardan uzaqlaşmaq və özlərinə daha çox vaxt ayırmaq ön plana çıxacaq. Bu dəyişikliklər həm fiziki, həm də mənəvi baxımdan rahatlıq gətirə bilər. Sağlamlıqla bağlı narahatlıqların da tədricən azalacağı bildirilir.

Tərəzilər qarşılarında mühüm seçimlərlə üzləşə bilərlər. Münasibətlər və ya karyera ilə bağlı veriləcək qərarlar onların həyatında böyük dəyişikliklər yarada bilər. Bu dövrdə intuisiyalarına güvənmələri tövsiyə olunur. Doğru seçim gələcək üçün yeni imkanların qapısını aça bilər.

Oxatanlar üçün haqqın bərpa olunacağı bir mərhələ başlayır. Uzun müddətdir davam edən sənəd, hüquqi və ya rəsmi məsələlərdə müsbət nəticələr əldə edə biləcəkləri qeyd olunur. Qarşılarına çıxan yeni imkanlar gələcək planlarına təsir göstərə bilər. İmzalanacaq razılaşmalar onlar üçün uğurlu ola bilər.

Balıqlar bu dövrdə güclü hissləri və yaradıcılıqları ilə seçiləcəklər. Onların intuisiyasının daha da güclənəcəyi və daxili səsinə daha çox qulaq asacağı vurğulanır. Yeni ideyalar və gözlənilməz imkanlar gündəmə gələ bilər. Maddi sahədə də sevindirici xəbərlərin olacağı ehtimal edilir.