Dünya
Britaniyaya məxsus məxfi sənədlər zibilxanada tapıldı
Britaniyanın Müdafiə Nazirliyinin gizli sənədləri, ölkənin ən böyük hərbi hissələrindən birinin yaxınlığındakı bir zibil sahəsində tapılıb
Metbuat.az xəbər verir ki, bu barədə "The Sun on Sunday" qəzeti məlumat yayıb.
Məlumata görə, təsadüfən tapılan sənədlər, hərbi qulluqçuların şəxsi məlumatlarını, habelə silahların saxlanılması və növbə dəyişməsi ilə bağlı məlumatları ehtiva edib.