Ölkə

"Bizim də gözümüz yollardan yığıldı" -

Şəhidin qohumu

Metbuat.az

Xəbər verdiyimiz kimi, Ucar rayonu Boyat kəndində Birinci Qarabağ müharibəsi şəhidi son mənzilə yola salınıb.

Şəhid Musayev Dəyanət Salik oğlunun əmisi oğlu Metbuat.az-a açıqlamasında illər sonra nəhayət ailələrinin bu ağır həsrətə son qoyulduğunu bildirib.

O qeyd edib ki, 33 ildən sonra şəhidin dəfni baş tutub:

"Uşaqlığımız onunla bir keçib. Bizim də gözümüz yollardan yığıldı. Kəlbəcər rayonu Yanışaq kəndi istiqamətində 1993-cü il fevral ayının 14-də Murov əməliyyatında itkin düşmüşdü. Allah bütün şəhidlərimizə rəhmət eləsin".

Xatırladaq ki, itkin-şəhid Dəyanət Musayev Ucar rayon Boyat kənd qəbiristanlığında dəfn edilib.

Davud Tarverdiyev / Metbuat.az