Hadisə

Beyləqanda meyit tapıldı

Metbuat.az

Beyləqanda evin həyətində meyit tapılıb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Birinci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1969-cu il təv Ələddin Abbasqulu oğlu Qarayevin meyiti yaşadığı evin həyətində aşkar edilib.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.