Hadisə

​Bakıda yaşlı kişi yıxılaraq öldü

Metbuat.az

Bakıda 79 yaşlı kişi yıxılaraq ölüb.

Metbuat.az Report-a istinadən xəbər verir ki, Nərimanov rayon ərazisində 1947-ci il təvəllüdlü Əmralı Şirəli oğlu Şirəliyev yaşadığı Ə.Əliyev küçəsindəki evində ehtiyatsızlıqdan yıxılaraq xəsarət alıb.

Xəstəxanaya yerləşdirilmiş Ə.Şirəliyev ölüb.

Araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.