Hadisə
Bakıda təkər tullantıları yığılan ərazidə yanğın söndürüldü -
YENİLƏNİB
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə baş vermiş yanğın söndürülüb.
Metbuat.az xəbər verir ki, bununla bağlı Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, yanğınsöndürənlərin müdaxiləsi sayəsində yanğının genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilməyib.
14:06
Bakı şəhəri, Binəqədi rayonu, 8-ci mikrorayon ərazisində təkər tullantıları yığılmış sahədə yanğın başlayıb.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.