Hadisə
Bakıda obyektdə baş verən yanğın məhdudlaşdırıldı -
YENİLƏNİB
Bakının Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğının ətrafa yayılmasına imkan verilmədən məhdudlaşdırılıb.
Metbuat.az Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
12:11
Binəqədi rayonu, Binəqədi-Novxanı-Mehdiabad yolunda yerləşən obyektdə yanğın baş verib.
Metbuat.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.