Hadisə
Bakıda narkotik yetişdirən şəxs saxlanıldı
Xəzər Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində Şüvəlan qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Hatəm Sultanov saxlanılıb.
Metbuat.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.
Onun yaşadığı evin həyətyanı sahəsinə baxış zamanı kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 232 kiloqram olan 46 ədəd çətənə kolu aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə H.Sultanov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırmalar davam etdirilir.