İqtisadiyyat

Azərbaycanda sürtkü yağları istehsalı artıb

Metbuat.az

Bu ilin yanvar-iyun aylarında ölkədə 21,9 min ton sürtkü yağları istehsal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 13 faiz çoxdur.

Metbuat.az Dövlət Statistika Komitəsi məlumat yayıb.

Cari ilin may ayına nisbətdə iyunda istehsal həcmində 4,5 min ton və ya 25,86 faiz artım qeydə alınıb. İyul ayının 1-nə hazır məhsul ehtiyatı 0,8 min ton təşkil edib.