Siyasət

​Azərbaycan "Metrik Konvensiya"sına qoşuldu

Metbuat.az

Azərbaycan "Metrik Konvensiya"sına qoşulub.

Metbuat.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Metrik Konvensiya"ya qoşulmaq haqqında qanunu imzalayıb.

Qeyd edək ki, Metrik Konvensiya (Metr Konvensiyası) - ölçü vahidlərinin beynəlxalq vəhdətini təmin edən, qlobal standartlaşdırmanın əsasını qoyan tarixi beynəlxalq müqavilədir və 1875-ci il mayın 20-də Parisdə 17 ölkə tərəfindən imzalanıb.