İqtisadiyyat

Azərbaycan ət idxalını 20% artırıb

Metbuat.az

Bu ilin birinci yarısında Azərbaycan 56,7 milyon dollar dəyərində ət idxal edib. Bu göstərici illik müqayisədə 20,3% çoxdur.

Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.

Məlumata görə, hesabat dövründə ölkəyə 24,4 min ton ət idxal edilib.

Bu dövrdə ət idxalı Azərbaycanın ümumi idxalının 0,68%-ni təşkil edib.