Dünya

Azərbaycan bu ölkədən 9 mindən çox qoyun aldı

Metbuat.az

2026-cı ilin iyun ayında Gürcüstandan 17,5 min baş diri qoyun ixrac edilib.

Metbuat.az xəbər verir ki, bu barədə ölkənin Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ixracın ümumi dəyəri 2,1 milyon ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac olunan qoyunların sayı 5,5 dəfə, dəyəri isə 6,8 dəfə artıb.

Nazirliyin məlumatına görə, iyun ayında ixrac edilən bir baş diri qoyunun orta ixrac qiyməti 120 ABŞ dolları olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz yüksəkdir.

Hesabata əsasən, Gürcüstandan diri qoyun ixrac edən əsas ölkələr bunlardır: Azərbaycan 9,1 min baş; İraq 4,8 min baş; Küveyt 2,4 min baş; Qətər 1,2 min baş.

Beləliklə, iyun ayında Gürcüstandan ixrac edilən diri qoyunların ən böyük alıcısı Azərbaycan olub.