Azərbaycan avtobus idxalını artırıb
Bu ilin yanvar-may aylarında Azərbaycan 55,3 milyon ABŞ dolları dəyərində 333 ədəd avtobus idxal edib.
Metbuat.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesablamalara əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 3,4 dəfə, kəmiyyət olaraq – 59 % çoxdur.
Hesabat dövründə Azərbaycan Çindən 54 milyon ABŞ dolları dəyərində (1 il əvvəlki göstəricidən 6 dəfə çox) 315 ədəd (+3 dəfə), Türkiyədən 564,2 min ABŞ dolları dəyərində (-58 %) 7 ədəd (-53 %) Almaniyadan 379 min ABŞ dolları dəyərində (-78 %) 4 ədəd (-56 %) İtaliyadan 301 min ABŞ dolları dəyərində (+8,3 %) 5 ədəd (dəyişməyib) və Rusiyadan 30,4 min ABŞ dolları dəyərində (-82 %) 2 ədəd (-75 %) avtobus alıb.
2025-ci ildə Azərbaycana idxal edilmiş 877 ədəd avtobusun 82 %-i Çinin payına düşüb.