Argentina finala yüksəldi -
Yenilənib
Futbol üzrə dünya çempionatında ikinci finalçının adına aydınlıq gəlib. Yarımfinal mərhələsində İngiltərəni 2:1 hesabı ilə məğlub edən Argentina həlledici oyuna vəsiqə qazanıb.
Metbuat.az xəbər verur ki, ABŞ-ın Atlanta şəhərində keçirilən qarşılaşmada hesabı ilk açan tərəf İngiltərə olub. Matçın 55-ci dəqiqəsində Entoni Qordon fərqlənərək komandasını önə çıxarıb.
Lakin üstünlüyünü qoruya bilməyən ingilislər matçın son dəqiqələrində iki qol buraxıblar. Enzo Fernandes 85-ci dəqiqədə hesabı bərabərləşdirib, əlavə olunmuş vaxtın ikinci dəqiqəsində isə Lautaro Martines qələbə qolunu vuraraq Argentinanı finala daşıyıb.
Beləliklə, Argentina finalda İspaniya millisi ilə qarşılaşacaq. İngiltərə isə üçüncü yer uğrunda oyunda Fransa ilə üz-üzə gələcək.
00.56
Futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında hesab yenidən bərabərləşib.
Metbuat.az xəbər verir ki, ABŞ-ın Atlanta şəhərində keçirilən görüşdə Argentina millisi 85-ci dəqiqədə hesabı 1:1 edib.
Cənubi Amerika təmsilçisinin heyətində Enzo Fernandes uzaq məsafədən vurduğu baxımlı qolla komandasına bərabərlik qazandırıb.
Matçın qalan dəqiqələrində komandalar finala vəsiqə uğrunda mübarizəni davam etdirirlər.
00.20
Futbol üzrə dünya çempionatının yarımfinal mərhələsində keçirilən İngiltərə – Argentina qarşılaşmasında hesab açılıb.
Metbuat.az-ın məlumatına görə, ABŞ-ın Atlanta şəhərində keçirilən oyunda İngiltərə millisi 55-ci dəqiqədə önə keçib. Komandanın qolunu Entoni Qordon vuraraq hesabı 1:0 edib.
Görüşü ABŞ-dan olan FIFA referisi İsmail Elfat idarə edir.