Hadisə

Ağdamda daha iki kənddə yanğın başladı

Metbuat.az

Ağdam rayonunda növbəti yanğın hadisəsi qeydə alınıb.

Metbuat.az xəbər verir ki, bu gün rayonun Mərzili kəndi ərazisində başlayan yanğından sonra alov Eyvazxanbəyli və Göytəpə kəndləri istiqamətində də yayılıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri cəlb olunub.

Hazırda yanğının söndürülməsi, eləcə də alovun daha geniş əraziyə yayılmasının qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir.