İdman
Adı "Qalatasaray"la hallanan Con Duranın yeni klubu bilindi
Kolumbiyalı hücumçu Con Duran karyerasını Portuqaliyada davam etdirməyə yaxındır.
Metbuat.az xəbər verir ki, transfer dönəmində adı "Qalatasaray"la da hallanan 22 yaşlı futbolçu "Benfika"ya keçməyə hazırlaşır. Portuqaliyanın "Record" nəşrinin məlumatına görə, "Benfika" Səudiyyə Ərəbistanının "Əl Nəsr" klubu ilə futbolçunun icarə əsasında transferi üçün razılıq əldə edib. Mənbənin iddiasına görə, transferin reallaşmasına mane olacaq ciddi problem yoxdur və Duran yaxın günlərdə "Benfika" ilə müqavilə imzalayacaq.
Qeyd edək ki, Duran ötən mövsümün ilk yarısını "Fənərbaxça"da keçirib, daha sonra isə "Zenit"ə transfer olunmuşdu. Sonradan o, yenidən "Əl Nəsr"in heyətinə qayıdıb.