Siyasət

ABŞ: İranla müharibə 37,5 milyard dollara başa gəlib

Metbuat.az

ABŞ-nin müdafiə naziri Pit Heqset İranla davam edən qarşıdurmanın Vaşinqtona milyardlarla dollara başa gəldiyini açıqlayıb.

Metbuat.az xəbər verir ki, Heqset Senatın Mənimsəmələr Komitəsində keçirilən dinləmədə İranla müharibənin indiyədək ABŞ-yə təxminən 37,5 milyard dollara başa gəldiyini bildirib.

Onun sözlərinə görə, bu göstərici may ayında açıqlanan son hesablamadan 8 milyard dollar çoxdur.

Nazir Konqres əlavə maliyyə vəsaitini təsdiqləməyəcəyi təqdirdə hərbi təlimlərin məhdudlaşdırılmalı olacağını deyib. O, Pentaqon üçün 87 milyard dollar əlavə vəsait istədiklərini, bunun 67 milyard dollarının Yaxın Şərqdəki əməliyyatlara ayrılacağını qeyd edib.