ABŞ-İran gərginliyini azaltmaq üçün yeni təklif
Pakistan və Qətər ABŞ ilə İran arasında gərginliyin azaldılması və müharibənin dayandırılması məqsədilə birgə diplomatik təklif irəli sürüb.
Metbuat.az xəbər verir ki, təklif regional məsləhətləşmələrdən sonra hazırlanıb. Pakistanın hökumət mənbələrinin məlumatına görə, sənəddə tərəflərin 9 iyuldan əvvəlki vəziyyətə qayıtması və danışıqların yenidən başlanması təklif olunur.
Təklifə əsasən, iki həftəlik atəşkəs elan edilməli, İran Hörmüz boğazını dərhal açmalı, ABŞ isə dəniz blokadasını və İran neftinə tətbiq olunan sanksiyaların bir hissəsini aradan qaldırmalıdır.
Mənbələr bildiriblər ki, Vaşinqton və Tehran bu planı qəbul edərsə, danışıqlar bərpa oluna bilər. ABŞ mediasının məlumatına görə, Donald Tramp administrasiyası təklifi nəzərdən keçirir.