Ölkə

4 rayonun başçısı olub, doğum günüdür -

FOTO

Metbuat.az

Azərbaycanın yerli icra hakimiyyəti orqanlarında uzun illər rəhbər vəzifələrdə çalışmış keçmiş məmur Nazim İsmayılovun doğum günüdür.

Metbuat.az xəbər verir ki, sabiq icra başçısı 24 iyul 1952-ci ildə Göyçay rayonunda dünyaya gəlib. Bu gün onun 74 yaşı tamam olur.

O, müxtəlif illərdə ölkənin dörd rayonuna rəhbərlik edib.

Nazim İsmayılov 2001-2006-cı illərdə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı, 2006-2011-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı, 2011-2019-cu illərdə Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı, 2019-2020-ci illərdə isə Saatlı Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.

Fotoda: Nazim İsmayılov

Uzunillik məmur karyerasına malik olan Nazim İsmayılov 17 may 2020-ci ildə, 68 yaşında tutduğu vəzifədən azad olunub.

17 dekabr 2022-ci il tarixində partiyanın İdarə Heyətinin iclasında YAP Veteranlar Şurasının üzvü seçilən N.İsmayılov hazırda bu şurada ictimai-siyasi fəaliyyətini davam etdirir.

O, heç bir rəsmi dövlət vəzifəsi daşımır.