Dünya

164 kilometrdən uzun körpü rekord qırdı

Metbuat.az

Çinin Jiangsu əyalətində yerləşən Danyanq-Kunşan körpüsü dünyanın ən uzun körpüsü kimi Ginnesin Rekordlar Kitabına düşüb.

Metbuat.az xəbər verir ki, 164,8 kilometr uzunluğundakı bu nəhəng körpü Pekin-Şanxay yüksək sürətli dəmir yolu xəttinin bir hissəsidir. Körpü çaylar, kanallar, düyü tarlaları, göllər və bataqlıq ərazilər üzərindən keçərək qatarların yüksək sürətlə hərəkət etməsinə imkan yaradır. Məlumata görə, layihənin tikintisində təxminən 10 min nəfər iştirak edib və körpü dörd il ərzində tamamlanıb. Tikintinin ümumi dəyərinin təxminən 8,5 milyard dollar olduğu bildirilir. Bildirilir ki, Danyanq-Kunşan körpüsü Danyanq, Çançjou, Usi, Suçjou və Kunşan şəhərlərini birləşdirir.