İqtisadiyyat

​Türkiyədə dollar rekord həddə bahalaşdı

Metbuat.az

Türkiyədə ABŞ dolları yenidən bahalaşıb. Bu gün qeydə alınan artım 12 türk lirəsi nisbətində olub.

Metbuat.az xəbər verir ki, ötən gün qonşu ölkədə 1 dollar 45,96 lirəyə satılıb. Bu gün isə 1 dollar alıcılara 46,08 türk lirəsinə təklif olunub.

Günün sonuna kimi bu rəqəmin 46,10 lirəyə yüksələcəyi gözlənilir.

Yerli iqtisadçılar bunu ölkədəki daxili-siyasi vəziyyətlə əlaqələndiriblər. Dolların bahalaşmasının ölkədə qiymət artımına səbəbə olacağı proqnozlaşdırılır.