Gündəm

Tarixin ikinci ən isti mayı oldu

Metbuat.az

2026-cı ilin may ayı Yer kürəsində səth temperaturu baxımından qeydə alınan ikinci ən isti may ayı kimi tarixə düşüb.

Metbuat.az xəbər verir ki, bu barədə Avropa Orta Müddətli Hava Proqnozları Mərkəzinin tərkibində fəaliyyət göstərən Copernicus İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.

Bildirilib ki, ötən ay qlobal səth temperaturu orta hesabla 15,81 dərəcə təşkil edib. Bu göstərici 1991–2020-ci illərin may ayı ortalamasından 0,55 dərəcə, sənayeqabağı dövrün (1850–1900) orta göstəricisindən isə 1,42 dərəcə yüksək olub.

Beləliklə, 2026-cı ilin may ayı müşahidələr tarixində ikinci ən isti may ayı kimi qeydə alınıb. Ən isti may ayı isə 2024-cü ildə qeydə alınıb.

Mütəxəssislər bildiriblər ki, may ayında Avropanın bəzi bölgələrində erkən və güclü isti hava dalğaları müşahidə olunub, bir sıra ölkələrdə isə yağıntı miqdarı normadan yüksək olub.