Maraqlı

Şimali Koreyada doğum günü və qəribə toy adətləri

Metbuat.az

Şimali Koreyada həyat təkcə siyasi məhdudiyyətlərlə deyil, həm də fərqli adət və ənənələrlə seçilir. Toylar, bayramlar və ailə mərasimləri ölkənin özünəməxsus mədəni xüsusiyyətlərini əks etdirir.

Metbuat.az Şimali Koreyanın adət-ənənələri və sosial həyatı ilə bağlı bəzi faktları təqdim edir.

Şimali Koreyada toylar tamamilə ailənin və ya cütlüyün istədiyi şəkildə keçirilmir. Burada aprelin 15-də və fevralın 16-da toy etmək olmaz. Çünki bu tarixlər ölkənin keçmiş liderləri Kim İr Sen və Kim Çen İlin doğum günləridir. Toydan sonra yeni evlənənlər adətən liderlərin heykəlləri önünə gedərək gül qoyur və xatirə şəkilləri çəkdirirlər. Bal ayı ənənəsi isə demək olar ki, yoxdur. Cütlüklərdən toyun ertəsi günü işə qayıtmaları gözlənilir.

Ölkədə dini bayramlar geniş şəkildə qeyd olunmur. Bunun əvəzinə dekabr ayında dövlət və liderlərlə bağlı xüsusi günlər qeyd edilir.

Şimali Koreyada uşağın doğulması münasibətilə xüsusi mərasimlər keçirilir. Körpənin dünyaya gəlməsindən 100 gün sonra təşkil olunan “Bək-il” mərasimi ölkənin ən qədim ənənələrindən biri hesab olunur. Bu adət keçmişdə uşaq ölümünün yüksək olması səbəbindən formalaşıb və uşağın ilk 100 günü sağlam şəkildə başa vurmasını qeyd etmək məqsədi daşıyır.

Dəfn adətləri də digər ölkələrdən fərqlənir. Mərhumun cəsədi bir neçə gün evdə saxlanılır, sonra dəfn edilir. Ailə üzvləri və yaxınlar birlikdə yas mərasimi keçirirlər.