Elm və Təhsil
Rezidenturaya qəbulun cavabları bu tarixdə elan olunacaq
Bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən rezidenturaya qəbul imtahanının birinci mərhələsinin (baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanı) ikinci cəhdi keçirilib.
DİM-dən Metbuat.az-a verilən xəbərə görə, imtahanın keçirilməsi üçün 6 bina, 6 ümumi imtahan rəhbəri, 14 imtahan rəhbəri, 113 nəzarətçi, 17 buraxılış rejimi əməkdaşı (mühafizə) və 6 bina nümayəndəsi ayrılıb.
İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunub və imtahandan xaric edilib.
İyunun 22-dən etibarən DİM-də imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq. İmtahan nəticələri yaxın 3 gün ərzində elan olunacaq.