İqtisadiyyat

Rəhman Hümmətov:

“Bakı Limanının yükdaşıma qabiliyyəti 25 milyon tona çatdırılır

Metbuat.az

“Azərbaycan Orta Dəhliz üzrə nəqliyyat-logistika imkanlarını genişləndirir. Bu istiqamətdə layihənin illik ötürmə qabiliyyətinin 15 milyon ton olması nəzərdə tutulur”.

Metbuat.az xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakıda keçirilən İslam İnkişaf Bankının İllik Toplantıları çərçivəsində təşkil olunan “Dayanıqlı nəqliyyat və ticarət üçün Orta Dəhlizin maliyyələşdirilməsi” adlı sessiyada bildirib.

O qeyd edib ki, Bakı Limanının ikinci mərhələ genişləndirilməsi nəticəsində limanın yükdaşıma qabiliyyəti 25 milyon tona, konteyner emalı gücü isə 500 min TEU-ya çatdırılacaq.