Gündəm

Pensiya ödənişləri ilə bağlı mühüm açıqlama

Metbuat.az

"Pensiya yaşına çatmış şəxslər üçün xüsusi paketlərinin tətbiqi, eləcə də nağdsız ödənişlər üzrə stimullaşdırma tədbirlərinin genişləndirilməsi nəzərdə tutulur".

Bu fikirləri Mərkəzi Bankın Ödəniş Sistemləri üzrə baş proqram mühəndisi və Ödəniş Sistemi inzibatçısı Tofiq Acırqayev deyib. O bildirib ki, ilk mərhələdə əməkhaqqı ödənişlərinin, növbəti mərhələlərdə isə pensiya və sosial müavinətlərin Ani Ödəniş Sistemi üzərindən icrası planlaşdırılır.

"Bu, genişmiqyaslı və çoxşaxəli layihədir.Layihənin inteqrasiyasında iştirak edən tərəflər arasında mütəmadi müzakirələr aparılır və bu danışıqlar layihənin gələcək istiqamətlərinin müəyyənləşdirilməsində mühüm rol oynayır".

T.Acırqayev qeyd edib ki, limitli toplu ödənişlərin funksionallığının dəyişdirilməsi, limitlərin yuxarı qaldırılması nəzərdə tutulur. Nəticədə əməkhaqqı ödənişləri üzrə bir əməliyyat daxilində 100-dən çox ödənişin icrası mümkün olacaq.

Gülbəniz Hüseynli / Mətbuat.az