İqtisadiyyat

"Orta dəhliz vasitəsilə əlaqələrimizi möhkəmləndirmək istəyirik" -

Litvalı qonaq

Metbuat.az

“Əsas məqsədimiz Azərbaycanda etibarlı tərəfdaşlar tapmaq və ölkənin Avropaya nəqliyyat çıxışını gücləndirməkdir”.

Bu fikirləri Metbuat.az-a açıqlamasında Bakı Enerji Həftəsində iştirak edən "Bunasta" şirkətinin baş icraçı direktoru və Litva Nəqliyyat İnnovasiyaları Assosiasiyasının səhmdarı Jurgis Adomaviçis deyib.

J.Adomaviçis qeyd edib ki, bura Azərbaycanın nəqliyyat və yükdaşıma şirkətlərinə dəstək olmaq üçün gəlib:

"Onların Avropaya çıxışını təmin etmək, Avropadan Çinə və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) vasitəsilə Çindən bura daşımaları təşkil etmək üçün buradayıq. Fikir mübadiləsi aparmaq istəyirik. Əsas məqsədimiz etibarlı tərəfdaşlar tapmaqdır - anbar idarəetməsi və gömrük brokerliyi sahəsində tərəfdaşlar".

İştirakçı əlavə edib ki, Azərbaycanda ciddi tərəfdaşlar tapa bilib, əlaqələrini daha da möhkəmləndiriblər:

"Bura gəlmək bizim üçün böyük şərəfdir. Təşkil olunan bu tədbirdə ilk dəfədir iştirak edirik. Dünən çox maraqlı bir görüşümüz oldu. Ümid edirəm ki, bu gün və sabah da özümüzə yaxşı tərəfdaşlar tapa biləcəyik".

Gülçin Aslanlı