Hadisə

Neftçalada yaşlı kişi yıxılaraq öldü

Metbuat.az

Neftçalada kişi yıxılaraq ölüb.

Metbuat.az lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Oryad kəndində qeydə alınıb.

Kənd sakini 62 yaşlı Gülməmməd Əliheydər oğlu Məmmədov yaşadığı evin zirzəmisində ayağı dəmir tora ilişdiyi üçün yıxılıb. Nəticədə o, baş nahiyəsindən xəsarət alaraq, ölüb.