Nazirdən çağırış:
"Uşaqlarınızla oyunlar oynayın"
“Uşaqlar oynaya-oynaya öyrənirlər. Oyun öyrənmənin köküdür. Təəssüf ki, bu gün bir çox valideynlərin uşaqlarla oynamağa kifayət qədər vaxtı olmur”.
Mətbuat.az xəbər verir ki, bu fikirləri Elm və Təhsilnaziri Emin Əmrullayev “Azərbaycanda yeniyetmələrin hüquq düşüncəsi” tədqiqat hesabatının və “Uşaqlar və hüquq” kitabının təqdimat mərasimində çıxışı zamanı səsləndirib:
"Müasir ailələrdə uşaqlarla oyun oynamaq üçün ayrılan vaxtın azalması onların inkişafına mənfi təsir göstərə bilər. Oyun uşaqların öyrənmə prosesinin əsas hissəsidir və xüsusilə erkən yaşlarda onların inkişafında mühüm rol oynayır".
Emin Əmrullayev vurğulayıb ki, oyun zamanı uşaqlarda əməkdaşlıq, rəqabət, qələbə və məğlubiyyəti qəbul etmək, ünsiyyət qurmaq və düşünmək kimi bacarıqlar formalaşır.
Nazir hesab edir ki, valideynlərin uşaqlarla daha çox vaxt keçirməsi və onlarla interaktiv ünsiyyət qurması gələcək inkişaf üçün vacib şərtlərdən biridir.
Gülbəniz Hüseynli / Mətbuat.az